ELM VƏ TƏHSİL
Muzeyə yeni eksponat hədiyyə olunub
Bakı, 28 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə 1917-1918-ci illərdə Azərbaycanda Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusunun 12-ci alayında çavuş olaraq döyüşmüş Türkiyə vətəndaşı Əhməd Əlioğluna məxsus oraq hədiyyə olunub.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, orağı muzeyə Ə.Əlioğlunun nəticəsi Maşidə Məmiş Nimət qızı hədiyyə edib.
Metaldan hazırlanmış orağın dəstəyi taxtadandır. Orağın metal hissəsinin üzərində döymə üsulu ilə nəbati ornamentlər və 1938-ci il tarixi həkk olunub. Hazırda bu oraq Türkiyə-Azərbaycan qardaşlıq tarixini əks etdirən dəyərli bir eksponat kimi Hədiyyələr və Xatirə Əşyaları fondunda qorunub saxlanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]