ELM VƏ TƏHSİL


Muzeyin 2016-cı il nəşrlərinin təqdimatı keçiriləcək

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 8–də Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 2016-cı il nəşrlərinin təqdimat mərasimi keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, mərasimdə “Milli Azərbaycan Tarixi Muzeyinin elmi əsərləri”, “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər”, “Şeyx əs-Siləfi və Azərbaycan”, “Davud bəy Şərifov”, “Qafqaz pulları”, “Şollar-Bakı su kəmərinin tarixindən”, “Azərbaycan qadın geyim bəzəkləri”, “Zoomorf təsvirli şirli qablar”, “Reinkarnasiya – tarixi eksponatlar” və digər adda kitablar, kitab-albomlar və kataloqlar nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.