ELM VƏ TƏHSİL
Muzeyin ekspozisiyasında yeni eksponatlar nümayiş olunur
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında qadın bəzək əşyaları bölməsində yeni eksponatlar nümayiş olunur.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, zərgərlik sənəti nümunələri Azərbaycanda çox zəngin olmaqla yanaşı, uzun bir yol keçib. Dövrümüzə qədər gəlib çıxan qadın bəzək əşyaları xalqımızın yüksək zövqündən və mədəniyyətindən xəbər verir.
Muzeydə nümayiş olunan qiymətli metallar XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə aid edilir. Bu eksponatlar gümüş toqqa, gümüş baş bəzəyi və qızıl təsbehdən ibarətdir.
Yeni nümayiş olunan bu tarixi əşyalar qadın bəzək əşyaları bölməsində xüsusi yer tutur və muzeyə gələnlərin diqqətini cəlb edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]