ELM VƏ TƏHSİL


Muzeyin fonduna yeni arxeoloji tapıntılar daxil olub

A+ A

Bakı, 10 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə bu yaxınlarda daxil edilən təsadüfi tapıntılar arasında yeddi ədəd saxsı qab da var.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, həmin saxsı qablar 2016-cı ildə Qobustan rayonunda Qurbançı kəndinin ərazisində aparılmış kanal qazıntısı zamanı aşkarlanıb. Bunlar məişətdə istifadə olunmuş mətbəx və süfrə qablarıdır. Saxlanma vəziyyətlərinə görə dördü natamam, üçü tamdır. Tapıntılar muzeyin arxeologiya fonduna təhvil verilib.

Saxsı qabların antik dövrə, bizim eradan əvvəl IV-II əsrlərə aid olduğu ehtimal edilir. Bu təsadüfi tapıntılar Şirvan bölgəsinin maddi mədəniyyətinə aid olub, təmsil etdikləri dövrdə dulusçuluq sənətinin inkişaf səviyyəsi haqqında dolğun təsəvvür yaradır. Eyni zamanda, həmin qablar Qafqaz Albaniyası əhalisinin məişətini və bədii zövqünü əks etdirən məxəz kimi də çox dəyərlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.