DÜNYA


Myanmada 6,8 bal gücündə zəlzələ baş verib, 4 nəfər ölüb

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Myanmada 6,8 bal gücündə zəlzələ baş verib, ilkin məlumatlara görə 4 nəfər həlak olub.

AZƏRTAC The Myanmar Times nəşrinə istinadla xəbər verir ki, zəlzələnin episentri 84 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar qonşu Tailand, Hindistan və Banqladeşdə hiss olunub.

Xəbərdə bildirilir ki, zəlzələ ölkənin paytaxtı Paqan şəhərində yerləşən qədim memarlıq abidələrinə ciddi zərər vurub. Ölkənin müvafiq qurumları 68 belə abidədə dağıntıların olduğunu bildiriblər. Myanmada 2500-dən artıq buddizm məbədləri və abidələri yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.