DÜNYA


Myanmada təyyarə qəzasında ölənlərdən 81-nin cəsədi tapılıb

Bakı, 13 iyun, AZƏRTAC

Myanma Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Andaman dənizində qəzaya uğraması nəticəsində həlak olanlardan 81-nin cəsədi tapılıb.

Ölkənin hərbi qurumunun yaydığı məlumatda deyilir ki, artıq 6 gündür davam edən axtarış işləri zamanı sonuncu 5 cəsəd Maunqmakan çimərliyində aşkar edilib. Axtarış işlərinə 9 hərbi gəmi, 5 təyyarə və 2 helikopter cəlb olunub.

Xatırladaq ki, hərbçilərin ailələrini Myanmanın cənubunda yerləşən Mıey şəhərindən Yanqona aparan hərbi-nəqliyyat təyyarəsi iyunun 7-də yerli vaxtla günorta saatlarında Andaman dənizi üzərindən keçən zaman radarlardan itib. Elə həmin gün qəzanın baş verdiyi ərazidə aparılan axtarış-xilasetmə əməliyyatı nəticəsində təyyarənin qalıqları aşkarlanıb. Təyyarənin göyərtəsində 122 nəfər, o cümlədən 14 ekipaj üzvü, 108 hərbçi və onların ailə üzvləri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.