İDMAN


“№11 İsgəndər Cavadov” kitabının təqdimatı olacaq

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC 

Altmış yaşını qeyd edən Azərbaycan futbolunun tanınmış nümayəndəsi, “Neftçi” klubunun canlı əfsanəsi İsgəndər Cavadovun həyatından və karyerasından bəhs edən kitab hazırlanıb.

AZƏRTAC xəbər verir ki, avtobioqrafik xarakter daşıyan kitab “№11 İsgəndər Cavadov” adlanır. Həm Azərbaycan, həm də rus dilində nəşr olunan kitabda məşhur hücumçu haqda indiyədək bilmədiyimiz və eşitmədiyimiz faktlar toplanıb. Kitabda onun həyatı, futbolçu karyerası, SSRİ dövründə "Neftçi" klubunda baş verənlər barədə düşüncələri dolğun şəkildə oxuculara təqdim olunur.

Kitabın müəllifi ATV kanalının jurnalisti Sənan Şəfizadə, redaktoru Mahir Rüstəmlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.