DÜNYA
NARKOTİK MADDƏ QAÇAQMALÇILIĞI İLƏ MÜBARİZƏ
İran polisi qaçaqmalçılıqla məşğul olan cinayətkar dəstənin fəaliyyətinə son qoymaq üçün uğurlu əməliyyat keçirmişdir. Hüquq-mühafizə orqanları Əfqanıstandan Avropaya aparılan 1,2 ton morfi tutmuşlar. Ağ zəhər 8,7 milyon dollar dəyərində qiymətləndirilir.
Əməliyyat zamanı Tehranda altı, Xorasanda isə yeddi nəfər tutulmuşdur. Polis hesab edir ki, cinayətkar qrupun qalan üzvləri
xaricdədirlər. Onların axtarışı ilə İnterpol məşğuldur.
Paytaxt polisi rəisinin müavini Qasım Kərimi bildirmişdir ki, İran ilinin əvvəlindən - 2001-ci ilin mart ayından ölkədə narkotik maddə alveri ilə məşğul olan 246 cinayətkar qrup dağıdılmış və 47 min nəfər həbs olunmuşdur ki, onların da 14734-ü narkomandır.
İTAR-TASS-ın yaydığı xəbərə görə, İran prezidenti Məhəmməd Xatəmi ötən həftə demişdir ki, xaşxaş əkinlərinin yerində ərzaq bitkiləri əkməkdə müvəqqəti hökumətə yardım göstərmək üçün Əfqanıstana kənd təsərrüfati mütəxəssisləri qrupu göndəriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]