DÜNYA
NASA Yupiter planetinin unikal şəkillərini yayıb
Bakı, 3 sentyabr, AZƏRTAC
NASA kosmik agentliyi Yupiter planetinin bulud örtüyünün müşahidə olunduğu unikal fotoşəkilləri dərc edib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, “Yunona” aparatı tarixdə ilk dəfə olaraq Yupiterin şimal və cənub qütblərinin görüntülərini çəkib. Tədqiqatçılar əldə olunan şəkillərin yüksək keyfiyyəti sayəsində infraqırmızı şüada Yupiterdə qütb parıltısını müşahidə ediblər. Fotoşəkillər göy cisminin qasırğa sisteminin tədqiqinə və bu planetdə bərk nüvənin olub-olmadığı barədə nəticə çıxarmağa imkan verəcək.
“Yunona” zondu fəzaya 2011-ci ildə Kanaveral burnundan buraxılıb. Yaxın iki il ərzində planetin orbitində qalması planlaşdırılan aparat Yupiterin ətrafında daha 30 dəfədən çox dövrə vuracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [15:59]
Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub
- 18.04.2024 [15:27]
HONOR Magic6 Pro İstanbulda təqdim olunub
- 18.04.2024 [14:53]
Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib
- 18.04.2024 [14:47]
Annalena Berbok: İranı təcrid etmək lazımdır
- 18.04.2024 [14:41]
Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb
- 18.04.2024 [14:13]
Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək
- 18.04.2024 [13:49]
Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır
- 18.04.2024 [13:44]
Britaniyalı deputat haqqında araşdırma başlayıb
- 18.04.2024 [13:39]