ELM VƏ TƏHSİL


NASA Yupiterin “böyük qırmızı ləkə”sinin həqiqi rəngini aşkara çıxarıb

Bakı, 7 avqust, AZƏRTAC 

NASA-nın “Juno” kosmik gəmisi Yupiterin əsas əlaməti olan “böyük qırmızı ləkə”nin heyrətamiz şəklini orbitdən çəkib.

AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytına istinadla xəbər verir ki, “böyük qırmızı ləkə” Yupiterin ekvatorundan cənubda yerləşən siklona bənzər bir fırtınadır. Eni 16 350 min kilometr olub, Yerdən 1,3 dəfə genişdir.

Qeyd edək ki, 350 ildir şiddətlə əsən qazlı “böyük qırmızı ləkə” 1830-cu ildən bu günə kimi insanlar tərəfindən izlənilir. Son zamanlar fırtınanın azalması müşahidə edilir.

Sci-news.com saytının məlumatına görə, yeni şəkil “böyük qırmızı ləkə”nin və ətrafdakı bölgələrin insan gözünün ayırd edə biləcəyi həqiqi rəngini ortaya çıxarıb. “Juno”nun aldığı təsvirdən “ böyük qırmızı ləkə”nin daxilində və ətrafında mövcud olan atmosfer zonaları aydın görünür.

Şəkil “Juno” kosmik gəmisinin Yupiter ətrafında yeddinci dəfə dövr etdiyi zaman çəkilib. Təsvir alınan vaxt kosmik gəmi Yupiterdən təxminən 9 min kilometr məsafədə olub.

“Juno”nun Yupiterə növbəti yaxınlaşması sentyabrın 1–də baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.