DÜNYA


NASA dünyanın ən dəqiq fotoşəkillərini yayıb

Bakı, 29 yanvar, AZƏRTAC

NASA-nın yeni nəsil dünya müşahidə peyki (“GOES-16”) ilk fotoşəkillərini göndərib.

AZƏRTAC ensonhaber.com-a istinadla xəbər verir ki, “GOES-16” peyki meteoroloqların qasırğa proseslərini daha tez müəyyən etməsinə yardımçı olacaq. Yüksək dəqiqliyə malik fotolar sayəsində toz qatı ilə buludlar da ayırd edilə biləcək.

Qeyd edək ki, dünyadakı atmosfer hadisələrinin ətraflı təhlil olunması üçün “GOES-16” layihəsi çərçivəsində orbitə daha dörd peyk göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.