DÜNYA


NASA laboratoriyasında robotun partlaması səbəbini açıqlayıb VİDEO

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC

NASA-nın laboratoriyasında 96 batareya elementi hesabına çalışan “RoboSimian” adlı robot partlayışa səbəb olub.

AZƏRTAC “Hi-tech” saytına istinadla xəbər verir ki, hadisə cari ilin iyununda baş versə də, NASA yalnız bu ay robotun alışaraq partlaması ilə bağlı videonu paylaşıb.

Layihə rəhbərinin sözlərinə görə, robotu çalışdıran həmin batareyalardan biri nasaz olub. Məhz həmin batareya qalan bütün batareyaların partlamasına gətirib çıxarıb. “RoboSimian”ın yaradılmasının məqsədi ciddi hadisələrin baş verdiyi yerdə xilasedicilərə yardım etmək idi. Görünüşünə görə hörümçəyə bənzəyən robot dörd mexaniki ayaq üzərində hərəkət edə, pilləkənlərlə qalxa, qapıları aça və uçqun qalıqlarını təmizləyə bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.