SİYASƏT


NATO Ermənistan-Azərbaycan münaqişəsinin həllini yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində görür

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

NATO-nun Varşava Zirvə toplantısında üzv dövlətlər tərəfindən dövlət və hökumət başçıları səviyyəsində yekun kommunike qəbul edilib.

Kommunikenin 24-cü paraqrafında NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləməyə sadiq olduqlarını bir daha vurğulayıb, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiklərini ifadə ediblər.

Xatırladaq ki, NATO-nun əvvəlki zirvə toplantılarının, o cümlədən 2014-cü il sentyabrın 4-5-də Uelsdə keçirilmiş sammitinin yekun bəyanatında da üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə edərək Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulayıblar. Dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanıb və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.