SİYASƏT


NATO PA-nın komitə iclasında Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni vandalizmindən danışılıb

Tbilisi, 28 may, AZƏRTAC

NATO PA-nın Tbilisidə keçirilən Elm və texnologiya komitəsinin iclasında Azərbaycanın işğal olunmuş ərazilərindəki ekoloji vəziyyət diqqət mərkəzində olub.

Komitə iclasında Orta Şərqdə müharibələrin ekoloji tarazlığa vurduğu zərbə, ətraf mühitin çirklənməsi, həmin ölkələrin iqtisadiyyatına və əhalinin sağlamlığına, təbii ehtiyatlara vurduğu ziyan barədə məruzə dinlənilib.

Məruzə ətrafında çıxışlar zamanı Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxış edib. O, Cənubi Qafqazda mövcud olan problemlərdən danışıb, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Deyib ki, bu gün toplaşdığımız Tbilisi şəhəri Orta Şərqdən təxminən 400 kilometr uzaqdadır. Tbilisidən təxminən bir o qədər də məsafədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi yerləşir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında – Dağlıq Qarabağda və ona bitişik 7 rayonun ərazisində ekoloji sistem tam pozulub. Ermənilər bu bölgələrdə mədəniyyət abidələri, təbii sərvətləri talan edib, ekoloji sistemə ciddi ziyan vurublar. Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının radioaktiv tullantıları işğal olunmuş Azərbaycan ərazilərində basdırılır. İşğal olunmuş ərazilərdə yetişdirilən narkotika isə Avropaya daşınır.

M.İbrahimqızı bu cür tullantıların təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz və Avropanın özü üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib. Qeyd edib ki, artıq bir neçə gündür ki, ermənilər işğal etdikləri Cəbrayıl rayonu ərazisindəki meşələri yandırıblar və yanğın bu gün də davam edir.

Məruzəçi bu məsələnin həqiqətən də çox vacib olduğunu vurğulayıb və bildirib ki, deyilən faktlar ciddi narahatlıq doğurur. Bu məsələlərlə əlaqədar komissiya yaradılmalı və ciddi araşdırılmalıdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.