SİYASƏT


NATO-nun ekspert qrupu Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

“NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan alyansın Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu noyabrın 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını ziyarət edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-mayor Odd Egil Pedersenin rəhbərlik etdiyi nümayəndə heyəti akademiyanın rəhbərliyi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə NATO arasında həyata keçirilən proqramlar müzakirə edilib. Həmçinin Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinə Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı çərçivəsində NATO-ya üzv və tərəfdaş dövlətlərlə əlaqələr və bu istiqamətdə perspektivlər barədə məlumat verilib. Qonaqlara akademiyanın yaranma tarixi, strukturu, təlim-tədris prosesi və digər fəaliyyətləri barədə ətraflı brifinq təqdim edilib.

Tədbir çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasının dinləyicilərinə “NATO-nun komandanlıq strukturu”, “Azərbaycan-NATO əməkdaşlığı”, “Strateji proqnozlaşdırma analizi”, “NATO-da əməliyyatların planlaşdırılması prosesi”, “Əməliyyat İmkanları Konsepsiyası”, “NATO Varşava zirvə toplantısından sonra”, “NATO-Cənubi Qafqaz tərəfdaşlığı” və digər mövzularda mühazirələr oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.