DÜNYA


NATO-nun sammiti başqa vaxta keçirilib

A+ A

Berlin, 12 noyabr, AZƏRTAC

Şimali Atlantika Alyansı (NATO) Donald Trampın ABŞ Prezidenti seçilməsi ilə əlaqədar NATO-nun dövlət və hökumət başçılarının gələn ilin əvvəlində Brüsseldə keçiriləcək sammitinin tarixinin 2017-ci ilin yayına qədər təxirə salınması barədə qərar qəbul edib. Bu barədə noyabrın 12-də “Der Spiegel” nəşri məlumat verib.

Məlumatda qeyd edildiyi kimi, alyans rəhbərliyi NATO-ya münasibətdə siyasətini müəyyənləşdirmək üçün ABŞ-ın yeni seçilmiş Prezidentinə daha çox vaxt verməyi qərara alıb. Qurumda hesab edirlər ki, Ağ Evin rəhbəri andiçmə mərasimindən cəmi bir neçə gün sonra sammitə sadəcə gəlməyə bilər.

Seçkiqabağı kampaniyası zamanı NATO-nu “lazımsız təşkilat” adlandırmış D.Trampın seçilməsi alyansda ciddi narahatlığa səbəb olub. “Der Spiegel” yazır ki, NATO-nun başçısı Yens Stoltenberqin qərargahı ABŞ-ın gələcək siyasətinin bir sıra mümkün ssenarisini hazırlayıb. Məsələn, Tramp Şərqi Avropada ABŞ əsgərlərinin rotasiya edilməsi ilə bağlı razılaşmadan imtina edə bilər. İkinci variant Avropada ABŞ əsgərləri kontingentinin azaldılmasını nəzərdə tutur. Ən məqbul ssenari isə ABŞ Prezidentinin avropalıların öz təhlükəsizlik xərclərini artırmalarına ciddi şəkildə israr etməsi sayılır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.