DÜNYA


NATO-nun sammitində 18 prezident və 21 baş nazir iştirak edəcək

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

NATO-nun iyulun 8-9 da Varşavada keçiriləcək sammitində 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə naziri iştirak edəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sammitdə iştirak etmək üçün NATO-nun 28 üzv və 26 tərəfdaş ölkəsindən 2103 nəfər və 65 nümayəndə heyəti, həmçinin BMT, Avropa İttifaqı, Beynəlxalq Bank və NATO-nun mənzil qərargahının nümayəndələri qeydiyyatdan keçib. Onlar Varşavanın milli stadiondakı futbol meydanında quraşdırılan çadırda toplaşacaq.

İyulun 7-də Polşa Prezidenti Anjey Duda Baş katib Yens Stoltenberqin başçılıq etdiyi NATO nümayəndələri ilə görüşəcək. Növbəti gün onlar “NATO sülhün müdafiəsində: 2016-cı il və sonra” beynəlxalq ekspert konfransının açılışında iştirak edəcəklər. Elə həmin gün keçiriləcək dövlət və hökumət başçılarının ilk görüşündə NATO-nun şərq cinahının möhkəmlənməsinə dair qərarların qəbul ediləcəyi gözlənilir.

Sammitin ikinci günü Əfqanıstanla bağlı müzakirələr başlayacaq. Daha sonra Avropa İttifaqı ilə əməkdaşlığa həsr olunan sessiyada Avropa Şurasının sədri Donald Tusk və Avropa Komissiyasının başçısı Jan-Klod Yunker iştirak edəcəklər. Həmin gün yerli vaxtla saat 15:00-da isə Ukraynaya dair iclas start götürəcək.

Tədbiri 2 min jurnalist işıqlandıracaq, təhlükəsizliyin təmin olunmasına 6 min polis əməkdaşı cəlb ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.