DÜNYA


NATO-nun üzvləri İŞİD-ə qarşı koalisiyaya qoşulmaq məsələsini müzakirə edəcəklər

Bakı, 22 may, AZƏRTAC

NATO-ya üzv dövlətlər mayın 25-də Brüsseldə keçiriləcək sammitdə İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiyaya qoşulmaq məsələsini müzakirə edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib.

“Biz koalisiyaya siyasi və təşkilati baxımdan da kömək edə bilərik”, - deyə baş katib qeyd edib.

Yens Stoltenberq deyib ki, NATO Suriyada və İraqdakı vəziyyətə qarışmaq niyyətində deyil. Bu ölkələrdəki vəziyyətə hərbi müdaxilə, ümumiyyətlə, gündəlikdə deyil. NATO nə Suriyada, nə də İraqda hərbi əməliyyatlarda iştirak etməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.