SİYASƏT


NATO qiymətləndirməsi üzrə “Qaraheybət-2017” təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib

Bakı, 1 iyun, AZƏRTAC 

İyunun 1-də Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirmə təlimində Yüksək Səviyyəli Qonaqlar Günü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yüksək Səviyyəli Qonaqlar Günü təlimini Müdafiə Nazirliyinin general heyəti ilə birgə Türkiyə Respublikasının İzmir şəhərində yerləşən NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi, diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş 20-dən artıq xarici dövlətin hərbi attaşesi izləyib.

Həmin gün qonaqlar “N” saylı hərbi hissədə də olaraq burada yaradılan şəraitlə tanış olublar.

Təlim iyunun 3-də sona çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.