MƏDƏNİYYƏT
“NAXÇIVAN VƏ NAXÇIVANLILAR” KİTABI
“Elm” nəşriyyatının çapdan buraxdığı “Naxçıvan və naxçıvanlılar” kitabında qədim diyarın tarixi, ulu və müasir mədəniyyəti barədə oxuculara maraqlı məlumat verilir. Kitabda dərc olunan məqalələr bizi Naxçıvanın dünya siyasətinə, Azərbaycan elminə, ədəbiyyatina bəxş etdiyi nadir şəxsiyyətlərlə ətraflı tanış edir. Naxçıvanın tarixində isə görkəmli dövlət xadimlərinin, elm və sənət adamlarının müstəsna rolu danılmazdır.
Kitabın müəllifləri tarix elmləri doktoru, pofessor İsmayıl Hacıyev və tarix elmləri namizədi, dosent Şükür Məmmədovdur. Müəlliflər yeni kitabda Naxçıvan və onun görkəmli övladları haqqında geniş oxucu auditoriyasına dəyərli fikirlər çatdırırlar.
“Naxçıvan və naxçıvanlılar” kitabı mövzu aktuallığı iıə də diqqəti cəlb edir. Bu nəşr oxucuda böyük qürur hissi, vətənpərvərlik duyğusu aşılayır.