DÜNYA


NBC telekanalı: Pentaqon Filippində hərbi-hava əməliyyatına hazırlaşır

Tokio, 8 avqust, AZƏRTAC 

NBC telekanalının yaydığı məlumata görə, ABŞ hərbi hava qüvvələri İŞİD hərbi qruplaşmasına qarşı mübarizə çərçivəsində Filippinin cənubundakı separatçı qüvvələrə aviazərbələr endirməyi planlaşdırır.

Telekanalın məlumatın görə, hərbi əməliyyatın başlanmasını Pentaqon avqustun 8-də elan edə bilər. Qeyd olunur ki, aviazərbələr, çox güman, pilotsuz uçan aparatlar vasitəsilə endiriləcək. Plan təsdiq ediləcəyi təqdirdə, ABŞ hərbçiləri Vaşinqtonun regiondakı müttəfiqlərinə, o cümlədən Filippinə təhlükə yaradan yaraqlıların mövqelərinə zərbələr endirəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.