İQTİSADİYYAT
NIKOIL | Bank müştəriləri üçün yeni xidmət istifadəyə verib
Bakı, 14 fevral, AZƏRTAC
NIKOIL | Bankın təklif etdiyi xidmətlər sırasına yenisi əlavə olunub.
Bankdan AZƏRTAC-a bildiriblər ki, yeni xidmət sayəsində NIKOIL | Bankın müştəriləri cari hesablarını, əmanətlərini, Forex hesablarını və ya plastik kartlarını təkcə bankın filiallarında deyil, eyni zamanda, onlayn və ya ödəniş terminallarında cash-in xidməti vasitəsilə artıra bilərlər. Hesabların artırılması günün istənilən saatında mümkündür. Cash-in xidməti nağd vəsaitlərin hesaba milli valyutada, həmçinin dollar və avro ilə də daxil olmasına imkan verir.
Maraqlananlar www.nikoil.az (#nikoilbank) və www.hesab.az (#hesab.az) rəsmi internet səhifələrinə daxil olmaqla, eyni zamanda, "eManat" (#emanat) ödəniş terminalı vasitəsilə bankın bu xidmətindən istifadə edə bilərlər.