İQTİSADİYYAT


NIKOIL | Bank nizamnamə kapitalını artırır

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

NIKOIL | Bank nizamnamə kapitalını 60 milyon manatadək artırır.

Bankdan AZƏRTAC-a bildiriblər ki, "NİKOIL" İnvestisiya Kommersiya Bankı ASC-nin Müşahidə Şurasının Moskvada iclası keçirilib. İclasda əsas müzakirə mövzusu bankın nizamnamə kapitalının artırılması olub. Müşahidə Şurası tərəfindən səhmdarların ümumi yığıncağında bankın nizamnamə kapitalının 60 milyon manatadək artırılması tövsiyə edilib.

Bankın səhmdarlarının ümumi yığıncağının növbədənkənar iclasının avqustun sonunadək keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.