İQTİSADİYYAT


NIKOIL | Bankın əsas səhmdarı nizamnamə kapitalını artırır

A+ A

Bakı, 21 avqust, AZƏRTAC

NIKOIL | Bankın majoritar səhmdarlarından biri olan "Topaz İnvestisiya" QSC tərəfindən 10 milyon ABŞ dolları məbləğində növbəti tranş daxil edilib.

Bankdan AZƏRTAC-a bildiriblər ki, 10 milyon dollar məbləğində ilk tranş iyulun 29-da banka yerləşdirilib. Bu məbləğin kreditləşməni bütün istiqamətlərdə gücləndirmək məqsədilə istifadəsi planlaşdırılır.

Qeyd edək ki, avqust ayında səhmdarlar tərəfindən növbəti 10 milyon ABŞ dolları məbləğində tranş banka yerləşdiriləcək və sentyabrın sonunda eyni məbləğdə dördüncü tranş daxil ediləcək. Həmçinin sadə aksiyaların emissiyası barədə qərarın elan edilməsi gözlənilir.

Bütün bu əməliyyatlar NIKOIL | Bankın kapitalının artırılması və bankın yeni inkişaf mərhələsinə keçməsi istiqamətində atılan addımlardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.