İQTİSADİYYAT


N.Nərimanov adına NQÇİ-də səyyar müşavirə keçirilib

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC 

“Azneft” İstehsalat Birliyinin (İB) N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi dəniz özüllərində qazmada olan quyuların vaxtında və keyfiyyətlə təhvil verilməsi üçün həyata keçirilən işlərlə, özüllərin texniki vəziyyəti ilə maraqlanmaq, qarşıda duran vəzifələri müəyyənləşdirmək və onların həlli yollarını müzakirə etmək məqsədilə səyyar müşavirə keçirilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun rəhbərliyi ilə keçirilən müşavirədə “Azneft” İB-nin baş direktoru Daşqın İskəndərov, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov, aidiyyəti mütəxəssislər iştirak ediblər.

Müşavirə iştirakçıları “Bulla-dəniz” yatağındakı 122 nömrəli stasionar dəniz özülündə qazılan 125 nömrəli quyuda həyata keçirilən işlərlə maraqlanıblar. Yüksək təzyiqli qaz və kondensat hasilatının gözlənildiyi quyuda risklərin qiymətləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb. 6 nömrəli stasionar dəniz özülündə qazılan 78 nömrəli qaz-kondensat quyusunun vaxtında və keyfiyyətlə təhvil verilməsi üçün də müvafiq göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.