MƏDƏNİYYƏT


NORLA təşkilatının rəsmisi Tərcümə Mərkəzində

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Norveçin “NORLA” təşkilatının rəsmi nümayəndəsi xanım Dina Roll-Hansen Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə müxtəlif dövrlərdə Mərkəz tərəfindən tərcümə və nəşr edilmiş Byörnstyerne Byörnson, Knut Hamsun, Henrik İbsen, Arvid Turqer Li, Tarey Vesos, Yusteyn Qorder kimi məşhur Norveç ədiblərinin əsərlərindən söhbət açılıb, yaxın gələcəkdə “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Osloda nəşrinə dair məsələlər müzakirə edilib.

Başlıca qayəsi Norveç ədəbiyyatının dünyada təbliği olan NORLA təşkilatının fəaliyyəti barədə geniş məlumat verən Dina Roll-Hansen bu istiqamətdə bir il ərzində 400-dən artıq layihə həyata keçirildiyini qeyd edərək, Azərbaycan-Norveç ədəbiyyatları arasında ədəbi körpülərin qurulmasında Mərkəzlə əməkdaşlıqda maraqlı olduqlarını nəzərə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.