REGİONLAR
NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏDƏN QAYITMIŞDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq əlaqələr, bitki mühafizəsi və karantin şöbələrinin, beynəlxalq sərgi-satış yarmarkası nümayəndələrinin daxil olduqları heyət elmi-texniki və iqtisadi əməkdaşlıq haqqında 1994-cü ilin fevralında Ankara şəhərində imzalanmış protokol çərçivəsində Azərbaycan–Türkiyə Kənd Təsərrüfatı İcra Komitəsinin növbəti – III iclasında iştirak etmişdir. İclasda aqrar sahədə əməkdaşlığın istiqamətləri müəyyənləşdirilmiş, bitkiçilik, bitki mühafizəsi, heyvandarlıq, baytarlıq, elmi tədqiqat işləri müzakirə olunmuşdur. Tərəflər arasında müvafiq protokol imzalanmışdır.
Səfər zamanı nümayəndə heyəti müxtəlif istehsal, emal, infrastruktur, elmi tədqiqat müəssisələrində olmuşdur.
Komitənin IV iclasının gələn il Bakıda keçirilməsi qərara alınmışdır.