MƏDƏNİYYƏT
“Nabat” Çikaqo beynəlxalq film festivalında
C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından AZƏRTAC-a bildirilib ki, təqdimatda filmin rejissoru, eyni zamanda ssenari müəllifi Elçin Musaoğlu iştirak edib. Ekran əsəri Amerika və beynəlxalq kinoauditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.
Azərbaycanın ilk dəfə təmsil olunduğu Çikaqo beynəlxalq film festivalı oktyabrın 23-dək davam edəcək.
Festivalda artıq iki dəfə nümayiş olunan “Nabat” filminin növbəti təqdimatı oktyabrın 22-də ABŞ-ın ən məşhur kinoteatrlarından biri olan “AMC Theatres - River East 21”də baş tutacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur.
Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.