SİYASƏT
“Nachrichtenexpress” xəbər portalında ermənilərin Alxanlıda törətdikləri faciəyə dair məqalə yerləşdirilib
Bakı, 6 iyul, AZƏRTAC
Almaniyanın “Nachrichtenexpress” xəbər portalı iyulun 4-də cəbhə xətti boyunca atəşkəsin Ermənistan tərəfindən pozulması və erməni silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhalinin atəşə tutulması ilə bağlı məqalə yayıb.
Məqalədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadən Ermənistan ordusunun növbəti dəfə atəşkəsi pozduğu və mülki azərbaycanlı əhalisini itkilərə məruz qoyduğu yazılır.
Bildirilir ki, Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində iki dinc sakin həlak olub.
Məqalənin sonunda Türkiyənin insidentdən dərhal sonra bəyanatla çıxış edərək erməni vəhşiliklərini pislədiyi diqqətə çatdırılır.