REGİONLAR
Naftalan şəhərində əhalinin tibbi müayinədən keçirilməsi uğurla yekunlaşıb
Naftalan, 3 may, Rauf Hacıyev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də Səhiyyə Nazirliyi tərəfindən əhalinin tibbi müayinədən keçirilməsi uğurla yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, keçirilən müayinələrin yüksək səviyyədə təşkili üçün xəstəxana lazımi avadanlıqlarla təchiz olunub.
Xəstəxanaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərilib. Bu məqsədlə tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Tibbi müayinələrin yüksək səviyyədə icrası məqsədilə ətraf rayonlardan peşəkar həkimlər cəlb olunub.
Aksiya müddətində 7 min 20 nəfərin müayinələrdən keçməsi təmin olunub. Onlardan 6575 nəfərində hər hansı bir xəstəlik aşkar edilməyib, 358 nəfərə ambulator, 85 nəfərə isə stasionar müalicə təyin olunub. Həmçinin 3 nəfər müalicə üçün Bakı şəhərinə göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:45]
Yağış Şamaxıda bəzi fəsadlar törədib
- 23.04.2024 [17:33]
Şəkidə ağacəkmə aksiyası keçirilib
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]