REGİONLAR


Naftalana avqust ayında müalicə üçün 4 minədək turist gəlib

A+ A

Naftalan, 13 sentyabr, Rauf Hacıyev, AZƏRTAC 

Naftalan dünyada turizmin inkişafı üçün unikal imkanlara malik şəhərlərdəndir. Son illər Naftalanda yaradılan güclü turizm infrastrukturu şəhərin beynəlxalq səviyyədə tanınan istirahət-sağlamlıq mərkəzinə çevrilməsinə imkan yaradıb.

AZƏRTAC xəbər verir ki, cari ilin avqust ayında şəhərdə fəaliyyət göstərən otellərdə 3 min 600 yerli və xarici turist dincəlib, yaxud sağlamlığını bərpa edib. Bu isə son beş ildə bir ay ərzində qeydə alınan ən yüksək göstərici deməkdir.

Qeyd edək ki, hazırda Naftalanda “Çinar”, “Qaşaltı” və “Qarabağ” kimi beşulduzlu otellərdə, həmçinin 10 müalicə-istirahət mərkəzində 2 mindən artıq turistə yüksək səviyyədə xidmət göstərmək üçün şərait var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.