REGİONLAR


Naftalanda 100-dən çox idmançının iştirakı ilə veloyürüş keçirilib

Naftalan, 26 may, Rauf Hacıyev, AZƏRTAC

Naftalanda 28 May - Respublika Günü münasibətilə şəhər icra hakimiyyətinin və Velosiped İdmanı Federasiyasının dəstəyi ilə veloyürüş təşkil olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev və təşkilati məsələlər üzrə menecer Faiq Qurbanov, həmçinin idmançılar iştirak ediblər.

Tədbirdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bildirib ki, veloyürüşün keçirilməsində əsas məqsəd bu idman növünə gənclərin marağını artırmaq və şəhərdə velosiped idmanın inkişafına nail olmaqdır.

Sonra müxtəlif yaş qruplarından olan 100-dən çox velosipedçinin qatıldığı yürüşə start verilib. Veloyürüş Naftalan şəhər Heydər Əliyev Meydanından başlayaraq kurort şəhərini əhatə edib.

Sonda fərqlənmiş idmançılara Naftalan şəhər Gənclər və İdman İdarəsinin, eləcə də Velosiped İdmanı Federasiyasının diplomları və hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.