REGİONLAR
Naftalanda “Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir keçirilib
Naftalan, 15 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Naftalan şəhərinin məktəblərində 15 sentyabr – Bilik günü böyük təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan” mövzusunda tədbir keçirilib.
Tədbiri açan Bilik Fondunun Naftalan şəhəri üzrə nümayəndəsi, məktəbin direktoru Adilə Bağırova Fondun fəaliyyətindən və Naftalan ictimaiyyəti ilə uğurlu əməkdaşlığından danışıb. Qeyd edilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyası bu gün dövlətimizin başçısının və Heydər Əliyev Fondunun hərtərəfli qayğısı ilə yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir, Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya olunur.
Naftalan Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi, Bilik Fondunun mühazirəçisi Afət Mustafayeva “Heydər Əliyev və Azərbaycan” mövzusunda çıxış edib.
Tədbirdə məktəblilər və müəllimlərlə yanaşı, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.