REGİONLAR
Naftalanda Ulu Öndərə həsr olunan inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
Naftalan, 6 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Naftalan şəhər məktəbliləri arasında “Heydər Əliyev Azərbaycanın qurucusu və memarıdır” mövzusunda inşa müsabiqəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, dekabrın 6-da İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəbdə inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Əvvəlcə məktəbin direktoru Faiq Rüstəmov ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının formalaşmasındakı xidmətlərindən danışıb. Bildirilib ki, Heydər Əliyev elm-təhsilə daim diqqətlə yanaşıb və bu istiqamətdə böyük xidmətlər göstərib. Müəllimlər Heydər Əliyev irsindən bəhrələnməli və bu yolu daim gələcək nəsillərə, məktəblilərə öyrətməlidirlər.
Tədbirdə çıxış edənlər Ulu Öndərin hər iki hakimiyyəti dövründə Azərbaycanın çiçəklənməsində, müstəqilliyimizin qorunub saxlanılmasında gördüyü işlərdən danışıb, dünya azərbaycanlılarının həmrəy olması üçün fəaliyyətindən bəhs ediblər.
Sonda X-XI sinif şagirdləri arasında “Heydər Əliyev Azərbaycanın qurucusu və memarıdır” mövzusunda keçirilən inşa müsabiqəsinin qalibləri təltif olunublar.