REGİONLAR


Naftalanda dini radikalizmlə mübarizə mövzusunda “dəyirmi masa” təşkil olunub

A+ A

Gəncə, 5 avqust, Rauf Hacıyev, AZƏRTAC

Naftalanda Prezident yanında Gənclər Fondunun dəstəyi, “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin (GİB) təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizə, milli mənəvi dəyərlərimizin təbliği” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Gələcək və İnkişaf” GİB-in fəalları və könüllüləri ilə bərabər Naftalan Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri - dini qurumlarla işin təşkilatçısı Habil Abdullayev, Yeni Azərbaycan Partiyası şəhər təşkilatının Gənclər Birliyinin sədri Aynurə Novruzova, Naftalan Şəhər Gənclər və İdman İdarəsinin nümayəndələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə Regional şöbəsinin əməkdaşları, gənclər və ziyalılar iştirak ediblər.

Layihənin məqsədi gənclərin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli mənəvi dəyərlərin qorunması və təbliği, həmçinin gələcək nəsillərə çatdırılması istiqamətində gənclərin maarifləndirilməsi olub.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Fitnə” filmi nümayiş etdirilib.

Çıxış edən “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin sədr müavini Zahid Əkbərov layihənin məqsədi haqqında iştirakçılara ətraflı məlumat verib.

“Dəyirmi masa”da çıxış edənlər dini radikalizmin yaranma səbəbləri, törətdiyi fəsadlar, gənclərin radikal cərəyanlara cəlb edilməsinın qarşısının alınması yollarından danışıblar. Gənclərin milli mənəvi, əxlaqi dəyərlərlə, vətənə, torpağa sevgi ruhunda tərbiyə olunmasının vacibliyi qeyd edilib, bu sahədə maarifləndirici tədbirlərin aparılmasının əhəmiyyəti vurğulanıb.

Tədbirdə, həmçinin iştirakçılara maarifləndirici materiallar paylanılıb.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.