REGİONLAR


Naftalanda dini radikalizmlə mübarizənin əsas yolları müzakirə olunub

Naftalan, 20 iyul, Rauf Hacıyev, AZƏRTAC

İyulun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.

AZƏRTAC xəbər verir ki, Naftalan şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri - dini qurumlarla işin təşkilatçısı Habil Abdullayev, ictimai-siyasi və humanitar məsələlər üzrə işin aparıcısı Afət Mustafayeva, Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının sektor müdiri - dini qurumlarla işin təşkilatçısı Habil Abdullayev mövzu ilə bağlı çıxış edərək, zərərli dini təriqətlərin yayılmasına qarşı bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov radikal dini cərəyanların yaranması, təbliğat metodları və onlara qarşı mübarizənin teoloji, psixoloji və hüquqi əsasları haqqında geniş məlumat verib. Bildirib ki, ölkəmizdə dini sahədə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür.

Daha sonra çıxış edən Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə dini radikalizmin fəsadları və qarşısının alınması yollarından danışıb, İslam dininin gənclərə düzgün formada çatdırılmasının vacibliyindən bəhs edib.

Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.