CƏMİYYƏT


Naftalanda fermadan xeyli sayda silah-sursat aşkarlanıb

Bakı, 25 may AZƏRTAC

Əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Naftalan Şəhər Polis Şöbəsinə ərazidəki fermalardan birində silah-sursat saxlanılması barədə məlumat daxil olub. Bununla əlaqədar mayın 24-də Goranboy rayon sakini Adil Süleymanova məxsus, bir-birinin yaxınlığında yerləşən iki fermaya polis əməkdaşları tərəfindən baxış keçirilib. Nəticədə hər iki tikilinin ərazisindən xeyli miqdarda silah-sursat - 3 ədəd “TOZ-8”, 3 ədəd “İJ-16” tüfəngi, bir ədəd “RQD-5”, bir ədəd “F-1” qumbarası, bir patron darağı, bir süngü bıçaq və 462 ədəd müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Araşdırma zamanı A.Süleymanov silahları Laçın rayonundan qaçqın düşərkən özü ilə gətirdiyini bildirib. Məlum olub ki, o, həmin tüfənglərdən yalnız birini ov silahı kimi qeydiyyatdan keçirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.