REGİONLAR
Naftalanda reydlər zamanı 8 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozduğu aşkarlanıb
Bakı, 2 fevral, AZƏRTAC
“Naftalan” Elektrik Şəbəkəsi Müəssisəsində 2014-cü ildə istehlak əvvəlki illə müqayisədə 2,6 milyon kilovat-saata yaxın artaraq, təxminən 16 milyon kilovat-saat təşkil edib.
Daimi əhali istehlakçı qrupu üzrə istehlak 345 min kilovat-saata yaxın artaraq 3,9 milyon kilovat-saata yaxın olub. Ödənişdə isə müvafiq olaraq 17 və 8 faiz artım qeydə alınıb.
Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, elekrtik enerjisindən qeyri-qanuni istifadə edən abonentlərə qarşı mübarizə tədbirləri aparılır. Bu halların müşahidə olunduğu şəxslər haqqında akt tərtib edilir və ödənişə cəlb olunurlar. Ötən il müəssisənin xidməti ərazisində həyata keçirilmiş reydlər zamanı 8 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkarlanıb və 64 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 3,9 min manatdan artıq istehlak dəyəri bərpa olunub.