REGİONLAR


Naftalanda sahibkarlar üçün treninq keçirilib

Bakı, 16 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Naftalanda sahibkarlar üçün treninq keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Kurortların inkişaf perspektivləri", "Korporativ idarəetmə" mövzularını əhatə edən treninqdə "Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı", kurort işçilərinin peşə səviyyəsinin artırılması, beynəlxalq standartlara cavab verən sanatoriya, kurort və pansionatların yaradılması, korporativ idarəetmə, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri, onlar arasında qarşılıqlı münasibətlərin yaradılması və s. barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, tədbir iştirakçıları apellyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıblar.

Treninqdə iştirakçılara, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.