REGİONLAR


Naftalanda şəhid Vaqif Bayramovun xatirəsinə həsr edilən cüdo üzrə şəhər birinciliyi keçirilib

Naftalan, 27 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Naftalanda aprel döyüşləri zamanı şəhid olmuş kapitan Vaqif Bayramovun doğum gününə həsr edilən cüdo üzrə açıq şəhər birinciliyi keçirilib. Yarış şəhər icra hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət himni səsləndirilib, şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edənlər şəhid Vaqif Bayramovun keçdiyi şərəfli həyat yolundan söz açıblar.

Sonra yarış iştirakçıları Naftalan şəhər Xatirə kompleksini və şəhidin qəbirüstü abidəsini ziyarət ediblər.

Yarışda Naftalan, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərindən, Tovuz, Şəmkir, Goranboy, Ağdam və Bərdə rayonlarından 100-dən çox idmançı qüvvəsini sınayıb.

Birinci yerə Naftalan, ikinci yerə Goranboy, üçüncü yerə isə Gəncə şəhərini təmsil edən komandalar çıxıb.

Qaliblər diplom və medallarla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.