REGİONLAR


Naftalanın turizm mərkəzləri Polşada keçirilən beynəlxalq səyahət sərgisində təmsil olunacaq

A+ A

Naftalan, 20 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Naftalanın “Çinar” və “Qarabağ” istirahət-sağlamlıq mərkəzləri noyabrın 24-26-da Polşanın paytaxtı Varşava şəhərində keçiriləcək 24-cü “TTWarsaw 2016” səyahət sərgisində iştirak edəcəklər.

Bu barədə AZƏRTAC-a Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib.

Hər il ənənəvi olaraq keçirilən sərgidə 50-dək ölkədən turizm şirkətləri və otellər, həmçinin həmin ölkələrin regionları, rəsmi dövlət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirlər.

Tədbirin keçiriləcəyi günlərdə 20 minədək insanın sərgini ziyarət edəcəyi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.