REGİONLAR


Naftalanlılar ilıq nəfəsli yazı bayram coşqusu ilə qarşılayıblar

Naftalan, 19 mart, Rauf Hacıyev, AZƏRTAC

Naftalanda Novruz bayramı münasibətilə keçirilən tədbir ümumşəhər şənliyinə çevrilib.

AZƏRTAC xəbər verir ki, şəhərin bayram libasına bürünən Heydər Əliyev meydanında geniş el şənliyi təşkil olunub.

Müdrik el ağsaqqalı Dədə Qorqud elimizə, obamıza sülh, əmin-amanlıq arzulayıb, hər kəsə xeyir-dua verib. Yazın müjdəçisi Bahar qız yurdumuza Novruzun gəldiyini elan edib, bayram münasibətilə şənlik iştirakçılarına təbriklərini çatdırıb.

Sonra meydana birlik və həmrəylik rəmzi olan od gətirilib, Novruz tonqalı alovlandırılıb.

Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bu gözəl gün münasibətilə şəhər əhalisini təbrik edib, onlara Bahar bayramında sevinc və xoşbəxlik arzulayıb.

Şənlik müxtəlif kollektivlərin ifasında konsert proqramı ilə davam edib. Novruz bayramının rəmzlərindən olan Kosa və Keçəl şən söhbətləri ilə insanlarda xoş ovqat yaradıb. Tədbir meydanında milli musiqinin sədaları altında balaca fidanlardan ibarət rəqs qruplarının çıxışı iştirakçılara xoş anlar yaşadıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.