MƏDƏNİYYƏT
“Nağara-2015” festivalında sonuncu ustad dərsi “İstanbul Harem” qrupu tərəfindən təqdim olunub VİDEO
Şəki, 26 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə keçirilən “Nağara-2015” Beynəlxalq Zərb Alətləri Festivalı çərçivəsində avqustun 26-da Türkiyənin “İstanbul Harem” qrupu tərəfindən musiqisevərlərə sonuncu ustad dərsi təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Yuxarı Karvansaray mehmanxana kompleksinin həyətində keçirilən tədbirin əvvəlində qrupun fəaliyyəti barədə qısa məlumat verilib. Bildirilib ki, 2001-ci ildə yaradılan bu qrupun tərkibinə Dj və 4 ritm ifaçısı daxildir. “İstanbul Harem” qrupu bu gün Türkiyənin ən tanınmış sənətçilərinin albom yazılışlarında və konsert layihələrində iştirak edir.
Ustad dərsi zamanı qrupun üzvləri musiqisevərlərə müxtəlif kompozisiyalar təqdim edib, ifa etdikləri ritmlər barədə məlumat veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [11:03]
Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib
- 28.03.2024 [11:00]