Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.4.2-ci maddədə “sığorta” sözü “sığortalar” sözü ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 3.6-cı maddə əlavə edilsin:

“3.6. Bu Qanunun 3.4.4-cü maddəsində nəzərdə tutulmuş hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyun 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin