REGİONLAR


“Nağıl saatı” - Gəncədə rusdilli uşaqlar üçün tədbir

Gəncə, 21 iyun, Rauf Hacıyev, AZƏRTAC

“Gəncə - 2017” Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı layihəsi çərçivəsində rusdilli balacalar üçün Gəncədə “nağıl saatı” təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində keçirilən tədbirdə uşaqlara müasir rus ədəbi dilinin banisi Aleksandr Sergeyeviç Puşkinin həyat və yaradıcılığı haqqında məlumat verilib, əsərlərindən parçalar səsləndirilib.

Dahi rus şairi, dramaturq Aleksandr Sergeyeviç Puşkinin həyat və yaradıcılığından danışan kitabxananın şöbə müdiri Ellada Rəhimova deyib ki, şair dünya ədəbiyyatına nəzm və nəsrlə yazılmış əsərləri ilə yanaşı, uşaqlar üçün aydın və səlis dillə ifadə olunan ibrətamiz nağıllar da bəxş edib. Ədibin nağıllarında acgözlük, xəsislik, yalançılıq kimi qüsurlar tənqid olunub, haqqın qələbəsindən, qəhrəmanların hər cür çətinliyə üstün gələrək sonda arzularına çatmasından söhbət açılır.

Daha sonra uşaqlar “Balıqçı və balıq nağılı” əsasında çəkilmiş cizgi filminə tamaşa edib, əsərlə bağlı interaktiv müzakirəyə qoşulublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.