İDMAN


Namiq Əliyev Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinə yenidən üzv seçilib

A+ A

Bakı, 4 sentyabr, AZƏRTAC

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev yenidən Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin üzvü seçilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 3-4-də Fransanın Makon şəhərində Dünya Güləş Birliyinin növbəti illik konqresi keçirilib. Konqresdə İcraiyyə Komitəsinin səlahiyyət müddətləri başa çatan üzvlərinin yerinə yeni seçkilər baş tutub. İcraiyyə Komitəsində 2010-2016-cı illərdə Azərbaycanı təmsil edən və səlahiyyət müddəti başa çatan N.Əliyev namizədliyini yenidən irəli sürüb. Konqres iştirakçılarının böyük əksəriyyətinin səsini qazanan Azərbaycan təmsilçisi yenidən bu qurumun üzvü seçilib. O, növbəti altı ildə beynəlxalq qurumun idarəçiliyində yer alacaq.

N.Əliyev ilk dəfə 2010-cu ildə Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin üzvü seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.