DÜNYA


“Nanmadol” tufanı Yaponiyada fəsadlar törədir

Tokio, 4 iyul, AZƏRTAC

Yaponiyanın cənubundakı Kumamoto prefekturasının 10 mindən çox sakini “Nanmadol” tufanına görə, təxliyə barədə tövsiyə alıb. NHK telekanalının bu barədə yaydığı məlumatda bildirilir ki, təcili təxliyə xəbərdarlığı alanlar arasında Aso kəndinin 700 nəfər sakini də var. Burada güclü torpaq sürüşməsi gözlənilir.

Təbii fəlakət dəmir yolunun və hava nəqliyyatının hərəkətində fasilələrə səbəb olub. Kuşu adasında 43 aviareys təxirə salınıb. Bərələrin hərəkəti də dayandırılıb.

Xatırladaq ki, “Nanamadol” tufanı bazar günü Okinava prefekturasının cənubunda əmələ gəlib və getdikcə qüvvətlənərək Yapon arxipelaqına doğru hərəkət edir. İyulun 4-də səhər tufan Naqsaki şəhəri tərəfdən Kyuşu adasına çatıb. Tufanın mərkəzində havanın təzyiqi 990 qektapaskal təşkil edir. Küləyin sürəti isə saniyədə 25-35 metrə bərabərdir.

Şərq istiqamətində hərəkət edən tufanın iyulun 5-də səhər Tokioya çatacağı gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.