DÜNYA


Naqasakidə atom bombardmanı qurbanlarının xatirəsi anılıb

A+ A

Tokio, 9 avqust, AZƏRTAC

Avqustun 9-da Yaponiyanın qərbində yerləşən Naqasaki şəhərində atom bombardmanının 71-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Mərasimdə çıxış edən Naqasakinin meri Tomihişa Taue cari ilin mayında ABŞ Prezidenti Barak Obamanın bu şəhərə tarixi səfərini xatırladıb, digər liderləri də həmin şəhəri ziyarətə dəvət edib. Dünya liderlərinə müraciət edən mer onları nüvə silahının ləğvi üçün hüquqi əsasların yaradılacağı müzakirələrə başlamağa çağırıb.

Mərasimdə çıxış edən Baş nazir Şinzo Abe bildirib ki, Yaponiya Nüvə silahının yayılmaması barədə müqavilənin saxlanması və möhkəmlənməsi üçün lazım olan hər şeyi edəcək. Baş nazir nüvə silahına malik olan və olmayan ölkələri bu silahın ləğv edildiyi dünya yaratmağa çağırıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.