İQTİSADİYYAT


“Nar-CityNet” abunəçilərə eyni qiymətə iki dəfəyədək çox sürət təklif edir

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

“Nar-CityNet” bütün limitsiz tariflərində internet sürətini 2 dəfəyə qədər artırıb. Artıq abunəçilər eyni qiymətə daha sürətli internet xidmətindən yararlana biləcəklər. Əlavə olaraq, “Extreme-1” və “Maxima” trafikli tariflərdə internetin trafikinin həcmi 3 dəfədən çox artırılıb.

“Nar”dan AZƏRTAC-a bildirilib ki, “Nar-CityNet” xidmətlərinə qoşulmuş bütün yeni abunəçilərə daha yüksək sürətlə yanaşı, bir ay pulsuz internet də təqdim olunur. Bundan başqa, “Nar-CityNet”in ADSL xidmətindən istifadə edən abunəçilər fiber-optik internet xidmətinə keçdikdə, hədiyyə olaraq ruter əldə edirlər. Pulsuz ruteri əldə etmək üçün abunəçilər sadəcə ilk iki ayın abunə haqqını öncədən ödəməlidirlər.

Hazırda “Nar-CityNet” Bakı və Abşeron yarımadası ərazisində FTTB və ADSL texnologiyaları əsasında yüksək sürətli sabit internet, eləcə də rəqəmsal TV (50 HD kanal daxil olmaqla) xidmətlərini təklif edir.

“Nar-CityNet” haqqında ətraflı məlumat, qoşulma şərtləri, yeni kampaniyalar, şikayət və texniki dəstək üçün (012) 5377777 və *1177 nömrələri ilə əlaqə saxlamaq mümkündür.

Məhsul və kampaniyalar haqqında ətraflı məlumatı, həmçinin www.narcitynet.az saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.