İQTİSADİYYAT
“Nar Mobile” www.narsim.az xidmətini istifadəyə verib
Bakı, 23 noyabr, AZƏRTAC
“Nar Mobile” mobil operatoru yeni www.narsim.az internet saytını istifadəyə verib.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, sayta daxil olanlar istədikləri hər hansı bir “Nar” nömrəsini satışdakı nömrələr arasında axtara biləcəklər. İstifadəçinin axtardığı nömrə sistemdə olarsa, onlayn sorğu cavablandırılır və qısa müddət ərzində nömrə sifarişçiyə təqdim olunur.
Saytda olan axtarış sistemi çox sadədir. İnternet səhifəyə daxil olanlar prefiksi seçdikdən sonra istədikləri nömrəyə uyğun ən azı üç xananı doldurmaqla axtarış edə bilərlər. Axtarışın nəticəsi iki formada – qiymətə və nömrələrin ardıcıllığına görə təqdim olunur.